Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda ehtiyatda olanlar təlimə çağırıldı - Ermənistanda panika yarandı

Azərbaycanda ehtiyatda olan hərbi vəzifəlilərin təlimlərə cəlb olunması Ermənistanın hərbi-siyasi dairələrində narahatlıq yaradıb.

Modern.az xəbər verir ki, rəsmi Yerevan Azərbaycan cəmiyyətində hökm sürən yüksək döyüş əzmi, vətənpərvərlik çoşqusunu və Türkiyə ilə hərbi əməkdaşlığını intensivləşməsini milli təhlükəsizliyinə təhdid kimi dəyərləndirir.

Ermənistan parlamentinin deputatı, “Çiçəklənən Ermənistan” partiyasının üzvü Arman Abovyan baş verənləri ölkəsi üçün qorxulu perspektiv hesab edir.

“Azərbaycan bütün cəbhədə hazırlıq işləri görür və bizim vəzifəmiz baş verənləri beynəlxalq təşkilatlara çatdırmaqdır. Onların rəhbərliyi aktiv hazırlıq işləri, o cümlədən hərbi vəzifəlilərin təlimlərə toplanmasını təmin edir. Digər tərəfdən, avqustda Türkiyə ilə Azərbaycanın birgə hərbi təlimlərində çoxsaylı hərbi texnika, təyyarə və qırıcıları iştirak edib”-deyə Abovyan açıqlama verib.

Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox
››› Piylənmə əlilliyə səbəb ola bilir - Çarəsi tapıldı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Mal-qara sahibləri, zərərə düşə bilərsiniz
Son xəbərlər
Bütün xəbərlər »