Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İqbal Ağazadə: BMT-nin üzvləri öz aralarında savaşdığı üçün, qərarları təsirsiz qalır
Bizimyol.info-nun suallarını “Ümid” partiyasının sədri İqbal Ağazadə cavablandırır.

- Prezident İlham Əliyev 120 dövləti özündə birləşdirən Qoşulmama Hərəkatının və Azərbaycan Respublikasının adından BMT-də çıxışı zamanı bildirdi ki, BMT-də islahatlar aparılmalıdır, BMT müasirləşdirilməli, gəncləşdirilməlidir. Prezident BMT-də islahatlar aparılmalıdır deyəndə, Sizcə, nələri nəzərdə tutur? BMT çoxtərəfli əməkdaşlıq platforması kimi müasir çağırışlara cavab verirmi?

-BMT kadrlardan yox, millətlərdən ibarət təşkilatdır. BMT də islahat dedikdə tərəflər , ora daxil olan dövlətlər nəzərdə tutulmalıdır. Lakin BMT-nin işlək mexanizmləri olmalıdır.BTM daimi üzvləri ilə yanaşı, qərarların yerinə yetirilməsi üzrə komitəsi təşkil edilməli, onun xüsusi təsir imkanları olmalıdır. Bu gün dünya çox şaxələnib.Avropa Birliyi, ATƏT kimi beynəlxalq təşkilatlar artıq prosseslərə təsir edə bilmir.Prosseslərə təsir etmək üçün fərqli yanaşma tətbiq edilməlidir.BMT-nin funksiyasını yerinə yetirmədiyi aydındır. Azərbaycan, İraq, Suriya ilə bağlı verdiyi qərarların heç biri icra edilməyib və problemlər həll olunmayıb. Ona görə, islahat aparılmalıdır. Amma tərəflər doğru dürüst təkliflər irəli sürməlidirlər.

-Yaxın tarixdən və öz təcrübəmizdən görürük ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr yerinə yetirilmir. Böyük dövlətlərə lazım olanda icra edilir, olmayanda yox. Bunun səbəbi nədir?

BMT Təhlükəsizlik Şurasının daimi üzvləri öz aralarında savaş apardıqları, bir-birlərinə dair müəyyən iddiaları olduğu, dünyanın bölüşdürülməsi uğurunda mübarizə getdiyi üçün verilən qərarlar adekvat olmur, müəyyən maraqları əks etdirir və hüquqa söykənmir.

BMT II Dünya Müharibəsindən sonra xeyli iş gördü. Lakin indiki dünya dəyişmələr, yenilənmələr tələb edir. Amma necə dəyişməlidir, konkret hansı addımlar atılmalıdır, bunu bir tərəf təklif və təşkil edə bilməz. Bu hərtərəfli müzakirə edilməli,konkret addımlar atılmalıdır.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »