Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənilər Qarabağın azərbaycanlı icmasının sədrini terrorla təhdid edib

Ermənilər Qarabağın azərbaycanlı icmasının sədrini terrorla təhdid edibTural Gəncəliyev

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri, Milli Məclisdə Xankəndini təmsil edən deputat Tural Gəncəliyev yenidən erməni terrorçularının təhdidinə məruz qalıb.

Bizimyol.info xəbər verir ki, bu barədə T.Gəncəliyev özü bildirib.

"Vətəndaşlar üçün müraciəti asanlaşdırmaq və anonim müraciət imkanları yaratmaq üçün istifadəyə verdiyimiz https://turalganjaliyev.com səhifəsi üzərindən erməni terrorçuları mənə təhdid göndəriblər. "Nemesis" erməni daşnaklarının təşkil etdiyi və Fətəli xan Xoyski, Beybud xan Cavanşir kimi Azərbaycanın görkəmli ziyalılarının öldürüldüyü terror kampaniyasıdır. Yolumuz Qarabağadır və bizi heç bir qüvvə yolumuzdan çəkindirə bilməyəcək!", - icma sədri əlavə edib.

Qeyd edək ki, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri bundan əvvəl də erməni terrorçularının təhdidinə məruz qalıb.

Paylaş »
››› Türklərin boykot etdiyi fransız brendləri: “Chanel”, “Christian Dior”, “Renault”...
››› “Bizim üçün ağrılı olan güzəştlərə getməyə hazırıq” - Paşinyan
››› Paşinyan bədbin danışdı: “Atəşkəsi təmin edə bilmirlərsə...”
››› Putindən NATO-ya təklif
››› Erməni əsgəri öz ordularındakı acınacaqlı vəziyyəti, ruh düşkünlüyünü və özbaşınalığı görüntüləyib - Video
Son xəbərlər
Bütün xəbərlər »