Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekspert: “Ermənistan Azərbaycanın işğal altındakı ərazilərini terrorçularla doldurmaqla Rusiya üçün böyük problem yaradır”

“Ermənistana və işğal altındakı Dağlıq Qarabağa Yaxın Şərqdən terrorçu qrupların yerləşdirilməsi Rusiya üçün tamamilə qəbuledilməzdir. Moskva buna reaksiya verməli, bu prosesi dayandırmalıdır”.

Bunu APA-nın Moskva müxbirinə açıqlamasında siyasi ekspert Andrey Petrov deyib.

O, Ermənistanın Yaxın Şərqdə aktivləşməsi, PKK terror təşkilatının döyüşçülərini həm öz ərazisində, həm də işğal altındakı Dağlıq Qarabağda yerləşdirməsinin Rusiyanı narahat etməli olduğunu bildirib.

“Məsələ ondadır ki, Rusiyanın sərhədləri yaxınlığında terrorçu təşkilatın döyüşçülərinin peyda olması onun özü üçün böyük təhlükədir. Bu, o anlama gəlir ki, Yaxın Şərqdəki gərginlik ocağı Rusiya sərhədlərinə yaxınlaşır. Nəzərə alsaq ki, Ermənistan Avrasiya İttifaqının üzvüdür, o zaman terrorçular onun ərazisindən asanlıqla Rusiyaya keçə bilərlər. Hesab edirəm ki, bu məqam Rusiya üçün tamamilə qəbuledilməzdir. Moskva bu prosesi dayandırmaq və öz ərazilərinin təhlükəsizliyini təmin etməlidir. Ermənistan Azərbaycanın işğal altındakı ərazilərini terrorçularla doldurmaqla Rusiya üçün böyük problem yaradır”, - deyə rusiyalı ekspert vurğulayıb.

Paylaş »
››› Putin Qarabağ haqqında danışdı
››› Azərbaycanlılar Paşinyana nə yazır... - Foto
››› Türkiyə ilə Yunanıstan arasında növbəti gərginlik
››› Ekspert: "Jirinovskinin Azərbaycan prezidentini girov götürmək sayıqlamasına diqqət edilməlidir"
››› Azərbaycan Ordusu düşmənin canlı qüvvəsi və hərbi texnikasını məhv etdi - Video
Son xəbərlər
Bütün xəbərlər »