Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İrandan Ermənistana PKK terrorçularının keçməsinə rəsmi açıqlama

PPK qüvvələri İran ərazisindən istifadə edərək, Ermənistana keçir. Bir neçə təxribatçı dəstə İran ərazisindən Ermənistana keçib. Ermənistan PKK yaraqlılarının Azərbaycana qarşı əməliyyatlarda istifadə olunmasının əvəzində Türkiyənin pilotsuz təyyarələri ilə mübarizə aparmaq üçün bu terror təşkilatına Rusiya istehsalı olan raket kompleksləri verməyə razılaşıb. Bu məlumatı öncə Misirin cairo24.com portalı, daha sonra Virtual.org saytı yayımlayıb.

PKK-nın bir qrup yaraqlısı və komandirləri İraq və Suriyadan tranzit keçməklə Ermənistan ərazisinə atılıb. Ermənistana gətirilən PKK yaraqlılarının birinci qrupu 25 nəfərdən ibarətdir. Onlar Türkiyə ərazisindən İraqa gediblər və PKK-nın əməliyyat mərkəzi olan Qəndil düşərgəsində təlim keçiblər.

“Qrup iyul ayında əvvəlcə İranın Urmiyə şəhərinə aparılıb, orada İnqilab Keşikçiləri Korpusunun “Əl-Qüds” xüsusi təyinatlı qüvvələrinin “Həmzə” batalyonunun qərargahında (qərargah Colh rayonunda yerləşir) bir neçə gün qalıblar və daha sonra Ermənistana keçiblər. Bundan əlavə, hazırda İran və Suriya ərazisində Ermənistana keçmək üçün gözləyən daha iki PKK qrupu var.

Həmin qrup Suriyanın şimalındakı Qamışlı rayonundadır. Qrupun İraq ərazisində hərəkəti və daha sonra İrana keçirilməsi ilə Tehrana loyal olan “Bədr” təşkilatı məşğuldur. Plana əsasən birinci mərhələdə və sentyabrın əvvəllərində həmin qrupdan 165 nəfər İranın İlam əyalətindəki sərhəd-keçid məntəqəsindən bu ölkəyə daxil olub və Mehran şəhərində yerləşib. Ertəsi gün qrup oradan Urmiyəyə yola düşüb və yaxın günlərdə Ermənistana keçməyə hazırlaşır”.

Bizimyol.info-nun sorğusuna cavab olaraq İranın Azərbaycandakı səfirliyindən rəsmi olaraq bəyan edildi ki, informasiya yalandır.

İran səfirliyi İran səfirliyi

“Bizim Azərbaycanla dost münasibətlərimiz var və bu münasibətlərin davam etməsində maraqlıyıq. Bu informasiya başdan – başa yalan və təxribat xarakterlidir. İran PKK-ya düşmənidr. Biz illərdir İran ərazisində fəaliyyət göstərən və PKK qanadı olan PJAK-la döyüşürük.İndi durub Ermənistanın xətrinə öz düşmənimiə dost ola bilərikmi?Necə ola bilər ki, biz öz düşmənimizlə əməkdaşlıq edək?. İran hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib”.

Azərbaycan XİN məsələ ilə bağlı sorğumuzu hələlik cavabsız qoyub.

Hərbi ekspert, ehtiyatda olan zabit Tərlan Eyvazov bildirdi ki, İranın Qarabağla olan sərhədləri birtərəfli şəkildə qorunduğu üçün belə bir hal mümkündür.

Tərlan Eyvazov Tərlan Eyvazov

“ Hələ Sovet dövründə də İran Azərbaycan sərhədlərinin mühafizəsi bizim tərəfdən daha güclü şəkildə həyata keçirilirdi. Bu gün İrana gedib- gələn hər kəs görə bilər ki,I İran sərhədlərini Azərbayana nisbətən daha zəif qoruyur. Bu iş jandarmeriyaya tapşırılıb. Ona görə, terrorçu qüvvələrin, narkotacirlərin. Qaçaqmalçıların nəzarətin zəif olduğu ərazilərdə sərhədi keçməsi mümkündür”.

Sabiq MTN polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl Bizimyol.info-ya bildirdi ki, istər PKK , istər də ermənilərin Türkiyəni özlərinə düşmən elan eləmələri yeni bir şey deyil.

İlham İsmayıl İlham İsmayıl

“Zaman –zaman Türkiyə erməniləri PKK-nın tərkibində döyüşüblər, bir – birlərini müdafiə ediblər. Türkiyə Böyük Millət Məclisində kürdlərin seçdiyi Saro Payliyan HDP-dən seçilib (PKK-nın siyasi qanadı). Yəni onlar ərasında əlaqələrin mümkünlüyünə şübhə yoxdur.Ermənistan parlamentinin üzvü, milliyətcə kürd olan Knyaz Həsənov bu yaxınlarda məhz erməni və kürd xalqalarını birləşib ümumi düşmənə, Türkiyəyə qarşı əməkdaşlıq etməyə çağırdı.PKK əvvəllərdə gizli yollarla Rusiyadan silah alıb. Görünür , bu dəfə silahları ermənilərin əlindən alacaqlar. Amma dünyada terrora münasibət birmənalı olaraq mənfidir. Ermənistanın PKK ilə əlaqəsi ona beynəlxalq aləmdə başucalığı gətirməyəcək. 150-300 PKK qüvvəsi ilə baş etmək bizim ordumuz üçün problem deyil.Sadəcə olaraq onların əməkdaşlıq formasının göstəricisidir.

O ki, qaldı İrana. İran özü PJAK-a yol açması inandırıcı görsənmir. İranın bizə və Türkiyə münasibəti aydındır. Əgər İran da PKK- Ermənistan –Kürd terror qüvvələrinə dəstək vermiş olarsa, bu zaman Azərbayan tərəfi bu xəbəri təsdiq edən faktları ortaya qoyaraq İrana xəbərdarlıq etməli, səfirlə danışılmalıdır.Burda missiya bizim XİN-in üzərinə düşür ki, araşdırılsın. Dəqiq informasiya əldə edilsin”

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »