Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Orduya vətəndaşlardan "pick-up” yığılması barədə xəbərlərlə bağlı açıqlama

Dünən sosial şəbəkələrdə mülki vətəndaşların "pick-up” ban növlü avtomobillərin yol polisi tərəfindən yığılması barədə məlumat yayıldı.

Bildirildi ki, polis yoldan keçən "pick-up”ların xüsusi saxlanma zonasına aparıb və hətta şəkil də təqdim edildi. İnsanların isə böyük əksəriyyəti əgər müharibə elan edilərsə, canımızı veririksə malımızı niyə erməyək, vətənə qurtbandır şəklində cavablar verərək yalan məlumatların yayılmaması barədə xəbərdarlıq etdilər. Maraqlıdır ki, artıq soydaşlarımız özləri dezinformasiyanın yayılmamasında maraqlıdırlar və bunu ictimailəşdirir, qınayırlar.

Şair Ramaldanov Şair Ramaldanov

Bizimyol.info-nun sorğusuna cavab olaraq ehtiyatda olan zabit, polkovnik Şair Ramaldanov bildirib ki, qanunvericiliyə əsasən, müharibə dövründə döyüşə bilən hərbi vəzifəli və mülki vətandaşlar, həm də nəqliyyat vasitələri səfərbər edilməlidir. Demək olar ki, dünyanın bütün ölkələrində hərbi qanunlar bunu tələb edir.

Azərbaycanda bu məsələ Azərbaycan Respublikasının "Hərbi-nəqliyyat vəzifəsi haqqında Əsasnamə”sində öz əksini tapıb. Amma hələ ki, ordumuzun hərbi texniki hazırlığı yüksək səviyyədədir və biz düşmənin istənilən zərbəsini qarşılamağa hazırıq. Yayılan məlumat həqiqəti əks etdirmir”.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »