Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat: Ermənistan öz əcdadlarından gələn sərəfsizlik missiyasını yerinə yetirir

“Ermənistan havadarlarının dəstəyi və xeyir duası ilə son günlərdə özünəməxsus olmayan bir tərzdə yeni təxribata yəni təcavüskar ritorika ilə sərsəmləyir və bir az da irəli gedərək sərhədlərimiz boyunca müxtəlif caplı silahlardan mövqelərimizi və dinc əhalini atəşə tutur. Sanki demək istəyirlər ki, nə durmusan, vur məni. Məqsədli şəkildə törədilən bütun bu təxribatların arxasında hazırlanmış məkrli bir plan var. O da ondan ibarətdir ki öz təcavüskar siyasətlərini ört-basdır edərək guya Azərbaycan tərəfinin onların ərazilərinə hücum etməsi görüntüsü yaratmaq, dünya ictimaiyyətini diqqətini cəlb etməkdir”.

Bu fikirləri Bizimyol.info-ya verdiyi açıqlamada Milli Məclisin deputatı İlham Məmmədov səsləndirib.

Deputat bəyan edib ki, Ermənistan rəhbəri öz əcdadlarının şərəfsiz missiyasını yerinə yetirir, o nüfuzdan düşmüş təlxəyə bənzəyir və xalqın gözünə girmək üçün xanımını irəli verir.

Ilham Məmmədov İham Məmmədov

“Əlbəttə, dünya dövlətlərinin böyük əksəriyyəti qəbul edir ki, Ermənistan-Azərbaycan münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü cərcivəsində və BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilə bilər.Hamiya aydındır ki, təxribatların baş verməsinə və ümumiyyətlə bölgədə gərginliyə görə məsuliyyət Ermənistan rəhbərliyinin üzərindədir.Sadəcə Ermənistan adlı bir miskin dövlət bu gün də bölgədə öz irsi əcdadlarından gələn sərəfsizlik missiyasını yerinə yetirir.Onlar yenə də ötən gün təmas xəttində və sərhəd boyu ərazilərdə növbəti təxribata əl ataraq gərginlik yaradiblar.Təbii ki, bunun səbəblərindən biri də onsuz da Ermənistanın özündə olan daxili, ictimai, siyasi və sosial xaosdur.Artıq Paşinyan bir təlxək yaramaz rəhbər kimi nüfuzdan düşüb, indi də arvadini verib qabaga .Bu həm də onların dövlət idarəcilik sistemini xüsusiyyətlərindən irəli gəlir.Xatirlayayın ki, 2016-cı il aprel döyüşləri zamanıda Sarkisyan rejimi məhz bu daxili gərginliklər fonunda diqqəti yayındırmaq ücun Qarabag kartından istifadə etmək istədi. Amma nəticədə ordumuzun igid əsgərləri tərəfindən yadlarında hec vaxt cıxmayacaq cavab aldilar”.

Dünəndən ölkəmizdə başlamış səfərbərlik barədə danışan deputat qeyd edib ki, vəzifə və statusundan asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı ölkəmizin bütövlüyü uğrunda mübarizəyə həmişə hazır olmalıdır və dünən igidlərimizin hərbi təlimlərə bayram yürüşünə çıxırmış kimi hünərlə qatılması bir daha bunu sübut etdi.

“Bu dəfəki gərginlik heç də 2016-cı ildəki vəziyyət deyil .Artıq Ali Baş Komandanınımız cənab İlham Əliyev öz sözünü deyib və xəbərdarlıq mesajını verib. Elə bu tapşırıga əsasən, sentyabr ayının 19 -da müdafiə naziri ordumuzun rəhbər heyəti ilə xidməti müşavirədə təxribatın qarşısının alınmasına və hətta verilə biləcək əmirlərin dərhal və qətiyyətlə yerinə yetirilməsi ilə baglı xüsusi göstəriş verib.Necə deyərlər, artıq Paşinyanın qulagının ulu babası Andaranik kimi kəsilməsi vaxtı yetişib.

Azərbaycan ordusu və Azərbaycan xalqı Ali Baş Komandanın əmrini gözləyir.

Əlbəttə, biz münaqişənin sülh yolu ilə tənzimlənməsinin tərəfdarıyıq .Yox, əgər Ermənistanın baş naziri “Qarabag Ermənistandır” onda hansı sülhdən və münaqişənin dinc yolla həllindən danışmaq olar.Odur ki, yalnız bir yolumuz qalır, ölkəmizin ərazisində sabitliyi pozan terrorçu qüvvələri məhv edərək torpaqlarımızı azad etmək .Bu bizim vətən qarşısında müqəddəs borcumuzdur. Ali Baş Komandan, cənab İlham Əliyevin erməni faşistlərinə verdiyi ultimatum isə budur: “Bir daha onlara xəbərdarlıq etmək istəyirəm ki, öz çirkin niyyətlərindən əl çəkməsələr onlar üçün nəticələr çox agır olacaq, yadda saxlayın son sözümüz budur”.

Biz isə millət olaraq yumruq kimi bir olub öz haqqımızı müdafiə edəcək, torpaqlarımızı geri qaytarmaq üçün savaşa atılacağıq”.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »