Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada üç nəfər yanaraq ölüb

Rusiyada fərdi yaşayış evində baş verən yanğın bir neçə nəfərin ölümü ilə nəticələnib.

“Report” “TASS”a istinadən xəbər verir ki, hadisə Orenburq vilayətində qeydə alınıb.

Belə ki, 120 kv.m sahəsi olan fərdi yaşayış evi yanmağa başlayıb. Hadisə yerinə 9 yanğınsöndürən avtomobil və 20 nəfər canlı qüvvə cəlb edilib.

Yanğın yerinin kəşfiyyatı zamanı üç nəfərin meyiti aşkar edilib. Ölənlərdən ikisi qadındır.

Hazırda yanğının baş vermə səbəbi ilə bağlı araşdırma aparılır.

Son xəbərlər
Bütün xəbərlər »