Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyada bankların səhmləri ucuzlaşıb

Bu gün bütün dünya birjalarında bankların səhmləri kəskin şəkildə ucuzlaşıb.

“Report” xəbər verir ki, buna səbəb Beynəlxalq Araşdırmaçı Jurnalistləri Konsorsiumu (ICIJ) tərəfindən ABŞ, Almaniya və Böyük Britaniyanın iri banklarında uzun illər boyu davam etmiş şübhəli əməliyyatlar və 2 trilyon ABŞ dollarınadək vəsaitin yuyulması ehtimalı ilə bağlı dərc edilmiş məlumatlar olub.

Belə ki, qalmaqalda adı hallanan “JPMorgan” (ABŞ) 4 faiz və “Bank of New York Mellon” (ABŞ) 3,3 faiz, HSBC (Böyük Britaniya) 6 faiz və “Standard Chartered Bank” (Böyük Britaniya) 5,5 faiz, “Deutscher Bank”ı (Almaniya) 8,5 faiz ucuzlaşıb. Bunun təsirilə Fransanın “BNP Paribas”, “Societe Generale”, “Credit Agricole” bankları hərracın ilk saatlarındaca 5-6 faiz, İspaniyanın “Santander” və BBVA 6 faiz, İtaliyanın “Unicredit” 1,6 faiz ucuzlaşıb.

Bankların ucuzlaşması Avropa birjalarında ümumi düşüşə səbəb olub.

Belə ki, Almaniyanın “Dax” indeksi 3 faiz, Böyük Britaniyanın FTSE indeksi 3,5 faiz, Fransanın “CAC 40” indeksi 3,2 faiz geriləyib. ABŞ da bu axından kənarda qalmayıb: “Dow Jones” indeksi 0,9 faiz, “Standard & Poor 500” da 1,2 faiz zəifləyib.

Son xəbərlər
Bütün xəbərlər »