Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Abramoviç qeyri-qanuni əməldə şübhəli bilinir

İngiltərənin "Çelsi" klubunun sahibi Roman Abramoviç futbolçuların hüquqlarını qeyri-qanuni ələ keçirməkdə şübhəli bilinir.

"Report" xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin pulların yuyulması ilə mübarizə aparan şöbəsi rusiyalı biznesmenin öz klubundakı oyunçuları Britaniya Virgin adalarında qeydiyyata alınmış ofşor şirkət vasitəsilə almasından şübhələnib.

Araşdırma məlumatlarına əsasən, söhbət bir neçə futbolçudan gedir. Onların arasında hazırda Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunda çıxış edən Peru yığmasının cinah oyunçusu Andre Karrilyo da var. Karrilyo 2014-cü ildə Portuqaliya "Sportinq"inin heyətində "Çelsi"yə qarşı Çempionlar Liqası matçında meydana çıxıb.

2016-cı ildə ofşor şirkətin adalarda qeyri-adi fəallığı qeydə alınıb. Qısa müddətdə orada 1 milyard ABŞ dollarını aşan maliyyə əməliyyatları edilib.

Qeyd edək ki, Roman Abramoviç "Çelsi"yə 2003-cü ilin yayında yiyələnib.

Paylaş »
››› ABŞ Rusiyaya qalib gəldi : "Paşinyan Moskvanın vasitəçiliyini qəbul etməyəcək"
››› Oleq Kuznetsov: “Rusya Təhlükəsizlik Şurasının iclası çağırılacaq.., Azərbaycan güc nümayiş etdirəcək”
››› Kuznetsov: “Rusiya mətbuatı ermənilərə satılıb”
››› Türkiyə milli komandasının futbolçuları Bakıda niyə dava salıblar...
››› Paşinyan təkbaşına hökumət qurmaq imkanı qazandı
››› German Kulikovski: “Ermənistan Qərbə yönələcək, Rusiya Qarabağdan çıxarılacaq”
››› “Paşinyan anlayır ki, Rusiya və İran ölkəni faktiki işğal edib”
Son xəbərlər
Bütün xəbərlər »