Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şimali Koreya elitası çirkli pulları ABŞ-da necə yuyur...

Dünyanın ən qapalı rejimlərindən birinə sahib olan Şimali Koreya həmişə Qərbdə çirklu pulları yumaq üçün dayaq nöqtələri axtarır. Asiya dövlətinin hakimiyyəti zamanla istəyinə nail olur.

Bizimyol.info xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin bir sıra sənədləri bəzi mətləbləri ortaya çıxarıb. “NBC News” vacib nüansları analiz edərək, Şimali Koreya elitasının çirkli pulları Amerika banklarının sayəsində yumasını müəyyənləşdirib.

Pxenyan, Şimali Koreya Pxenyan, Şimali Koreya | Foto: Pixabay.com

Konkret “JPMorgan” və “Bank of New York Mellon”un adları çəkilir. 2008-2017-ci illərdə ABŞ Maliyyə Nazirliyinə göndərilən hesabatlar bankları ələ verib. Sənədlərin analizi göstərir ki, Ağ Evin məhdudlaşdırma tədbirlərinə baxmayaraq, Şimali Koreya elitası həmin illər ərzində 180 milyon dollara qanuni don geyindirə bilib. Şimalikoreyalılar bunun üçün Çinin qurama şirkətlərindən istifadə ediblər. Tranzaksiyalar təkcə ABŞ yox, Sinqapur və Kamboca ərazilərindən də həyata keçirilib.

Bundan əvvəl rusların Amerika bankları sayəsində istəyinə çatması məlum olmuşdu. Məşhur violonçel ustası Sergey Rolduqinin adına həyata keçirilən 830 min dollarlıq tranzaksiya qalmaqal yaratmışdı.

Son xəbərlər
Bütün xəbərlər »