Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan onu söyən yunan qəzetini məhkəməyə verir

Aralıq dənizində qaz yataqlarının tapılmasından sonra Türkiyə-Yunanıstan münasibətləri çox pisləşib.

Yunanlar Rəcəb Tayyib Ərdoğanı xüsusilə günahlandırırlar. Onların fikrincə, Türkiyə prezidentinin iddiaları ölkələr arasındakı münasibətləri gərginləşdirir.

Bizimyol.info xəbər verir ki, Ərdoğan onu söyən yunan qəzetini məhkəməyə verir. Söhbət “Dimokratia”dan gedir. Yunan qəzeti sentyabrın 18-də ilk səhifəsində “... get, cənab Ərdoğan” ifadəsinə yer verib. Türkiyə dövlət başçısı buna çox qəzəblənib. O, yunan cəmiyyətinin belə davranışı qınamamasından da çox məyus olub. “Bu hadisə göstərir ki, deqradasiya təkcə jurnalistika çərçivəsi ilə məhdudlaşmır”, - Ərdoğan belə deyib.

Aralıq dənizinin şərqində gərginlik hələ də səngiməyib. Ərdoğan bir neçə gün əvvəl Yunanıstanın baş naziri Kiriakos Mitsotakislə görüşərək, qarşıdurmanı müzkairə etməyə hazır olduğunu söyləmişdi. Tərəflər arasında sülh istiqamətində vacib addımlar müşahidə edilmir.

Son xəbərlər
Bütün xəbərlər »