Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
“Cəbhədə vəziyyətin daha da gərginləşməsinin şahidi olacağıq” - Politoloq

“Cəbhə xəttində baş verən gərginlik gözlənilən idi. Ermənistan havadarlarının birbaşa əmrinə əsasən Azərbaycana qarşı çox böyük təxribatalra əl atıb”.

Bunu Bizimyol.info-ya açıqlamasında politoloq Zaur Məmmədov bildirib.

Zaur Məmmədov Zaur Məmmədov

Politoloq qeyd edib ki, dünən axşam saatlarından başlayaraq, Tovuz və Şəmkir istiqamətlərində vəziyyət Ermənistan tərəfindən məqsədyönlü şəkildə getdikcə daha da gərginləşdirilir: “Biz yaxın saatlar ərzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində və Ermənistanla dövlət sərhədi istiqamətində vəziyyətin daha da gərginləşməsinin şahidi olacağıq”.

Politoloq Azərbaycan qarşı olan ölkələrin adlarını çəkinmədən açıqlamağın vaxtı çatdığını bildirib: “Rusiya, İran, Fransa və başqa ölkələr münaqişənin daha da alovlanmasında maraqlıdırlar. Bu ölkələr resurslarından istifadə edərək öz istiqamətlərdən Ermənistana yardım edirlər. Azərbaycan bütün bu olanlardan nəticə çıxarmışdı. Aktiv şəkildə bu ölkələrlə diplomatik danışıqların dərinləşməsinə ehtiyac var. Azərbaycan şərtlərini aydın şəkildə bir daha tərəflərə çatdırmalıdır. Biz hazırda müharibənin başlanması ilə üz-üzəyik. Hər bir halda şəhid olan əsgərlərimizin qanı yerdə qalmayacaq. Bütün etdiklərinə görə Ermənistan və onun havadarları cavab verəcək.

Burada xüsusilə qeyd etmək lazımdır ki Türkiyə ilə yanaşı Pakistanı da fəal şəkildə Cənubi Qafqaza qoşmaq lazımdır. Bizim müttəfiqlərimiz nə qədər real olaraq Azərbaycanın yanında yer alacaqsa, Azərbaycanın mövqeyi o qədər güclənəcəkdir”.

Ramid İbrahimov

Paylaş »
››› “Son anda Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər” - İlham Əliyev
››› Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı
››› Cəbhədə son vəziyyət: Ermənilərin itkilər verən “Legion” dəstəsi döyüşməkdən imtina edib
››› Düşməndən əldə olunan hərbi qənimətlərin növbəti görüntüsü - Video
››› Ukrayna İrana təzminat ödətdirir
Son xəbərlər
Bütün xəbərlər »