Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan Ordusunun şəhid olan hərbçisi dəfn edilib -Video

Azərbaycan Ordusunun şəhid olan hərbçisi dəfn edilib.

Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində şəhid olan, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Məmmədov Elşən Əli oğlu doğulduğu Tovuz rayonunun Qazqulu kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.

Dünən axşam saatlarında Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində isə Azərbaycan Ordusunun şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlu cənazəsi vidalaşmaq üçün əvvəlcə doğulduğu evə gətirilib.

Bizimyol.info xəbər verir ki, insanlar şəhidin doğulduğu Tovuz rayonu Qaziqulu kəndində yerləşən evinə yürüş ediblər.

Evli olan 38 yaşlı E. Məmmədovun 3 oğlu var.

Son xəbərlər
Bütün xəbərlər »