Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Mosaic Group”-dan vətənpərvər addım

Bir müddət bundan öncə sosial şəbəkədə xarici restoranların birinin çekinin şəkli paylaşılıb və orda işğal edilmiş torpaqlar ilə bağlı ifadə öz əksini tapıb.

Sosial şəbəkə istifadəçiləri Qarabağ həqiqətlərini turistlərə çatdırmaq üçün bu vasitənin çox maraqlı olduğunu və informasiya müharibəsində əlverişli bir imkan olduğunu qeyd ediblər.

Bundan irəli gələrək , Mosaic Group MMC-nin marketinq direktoru Elxan Mərdanlı sosial şəbəkədə geniş müzakirə edilən bu mövzunu reallaşdırmaq üçün addım atıb və nəticədə mağaza və restoranların rəsmi kassa çeklərinə iki ifadə qeyd etdirib. Birinci ifadə Cənab Prezident İlham Əliyevin Valday" Beynəlxalq Diskussiya Klubunun 16-cı illik toplantısında qeyd etdiyi Qarabağ Azərbaycandır və Nida", ikinci ifadə isə “Ermənilər 20% torpaqlarımızı işğal ediblər” ifadəsidir.

Mosaic Group

Elxan Mərdanlı bildirib ki, bu məlumat müştərilər tərəfindən çox yüksək qiymətləndirilib və çekin şəkili çox surətli yayılmağa başlayıb: “ Hətta televiziya kanallarında xəbərlər proqramında xüsusi sujet belə hazırlanıb, işıqlandırılıb. Bu hadisədən sonra sosial şəbəkə istifadəçiləri və ictimai birliklər dövlətə təkliflər hazırlayıb ünlanlayıblar və mətbuatda bu məsələ daha çox qabardılıb.

Artıq bizim mağaza çekimiz yerli mətbuatla yanaşı Ermənistan mətbuatındada yayılmağa başlayıb və burdan da görünür ki ermənilər çekin üzərinə yazılan ifadələrə görə təşvişə düşüblər və narahatdılar. Ümid edirəm ki, tezliklə ölkənin bütün ticarət yerlərində çeklərin üzərində Qarabağ həqiqəti öz əksini tapacaq və turistlər bu məlumatı hər gün oxuyaraq məlumatı düzgün əldə edəcəklər. İnfrormasiya müharibəsində bizlər bir olaraq həqiqəti hər yerdə yaymalıyıq. Güc birlikdədir!"

Gülnarə ƏMİRQIZI

Son xəbərlər
Bütün xəbərlər »