Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müharibə anonsları - Yunanıstan və Ermənistan eyni cəbhədə

İki gün öncə Yunanıstan mediasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ünvanına siyasi etikaya sığmayan çox kobud təhqiramiz yazı başlığı verildi.

Doğrudur, Türkiyə də sualtı gəmiləri vurmaq üçün hazırlanmış raketlərin üzərinə yazdığı ifadəylə təhqiri cavablandırmış oldu, amma bununla belə dünya mediasının diqqəti Ərdoğanın verəcəyi cavaba yönəldi. Ərdoğan çox sakit şəkildə Türkiyənin Yunanıstana layiqli hərbi cavab verəcəyinin anonsunu səsləndirdi. Kənardan açıq gözlə görünürdü ki , ingilis dilli bir mediada türkcə söyüş ifadəsi işlətmək təxribat xarakteri daşıyırdı və Türkiyəni rəsmən buna itələyirdilər. Bununla paralel olaraq Azərbaycanda və Ermənistanda hərbi səfərbərlik elanları, istefada olan zabitlərin təlimlərə cəlb edilməsi müharibə başlanacaq barədə siqnallar verməyə başladı. Regionda böyük güclərin fil döyüşlərimi başlayır.Türkiyə Yunanıstanla, Azərbaycan Ermənistanla. Hər ikisinin də hamiləri dünyaya bəllidir. Əcəba bölgədə nələr baş verməkdədir?

Regionda artan gərginliyi Bizimyol.info-ya verdiyi açıqlamada politoloq Elşən Manafov şərh edir.

Elşən Manafov Elşən Manafov

Ərdoğan barədə ABŞ-n nüfuzlu mətbu orqanlarında yayılan məqalələrdə onu I sultan Səlimlə müqayisə edirlər. Ərdoğan da özünün I Səlimə olan simpatiyasını gizlətmir.

Nəzərə almaq lazımdır ki, Ərdoğanın hakimiyyəti dövründə Türkiyə qlobal gücə çevrildi. Regionda sülh və sabitliyin təminatına dair danışıqlarda mütləq Türkiyənin münasibətləri öyrənilir, sözü keçirilir. Aralıq dənizində Türkiyənin Liviya ilə əldə etdiyi razılıq, yunanlarda ciddi qıcıq yaratdı. Yunanıstanla Türkiyə arasında qarşıdurma tarixən var.XV əsrdə Osmanlının Bizansı məğlub etməsi ilə başlayıb bu gərilmə. Yunanıstan uzun müddət Türkiyənin müstəmləkəsində olub. XIX əsrin 20-ci illərində Rusiya və qərbin təzyiqi ilə Yunanıstan öz müstəqilliyini əldə edib. Bu mənada istisna etmirəm ki, Yunanıstanı bu təxribatlara itələyən tərəf Türkiyənin NATO ilə arasının dəyməsini istəyənlərdir. Və ya İsrail. Bu gün Türkiyəyə qarşı başlatmış olduğu bütün hadisələrin arxasında İsrailin sionist mövqeyi və dünya hökmranlığına dair iddiaları dayanır.

Türkiyənin İslam dünyasındakı nüfuzunun da artmasını istəmirlər.

Bu kontekstə Azərbaycanla Ermənista arasında müharibə başlayarsa Türkiyə və Rusiya əməkdaşlığı da göz önünə alınacaq.

Azərbayacan rusiya ilə münasibətdə həmişə balanslı siyasət yürüdüb. Qərb və Rusiya arasında da balanslı siyasət yürüdüb, bitərəf mövqe sərgiləyib. Enerji layihələrində Azərbaycanın önəmli rolu, Ermənistanın daimi təxribatları , bu kontekstdə Rusiyanın münaqişənin həllində açar rolu oynaması Türkiyənin təbii ki, diqqətindədir və hadisələrin məcrasından çıxması Türkiyəni də pis vəziyyətə sala bilər. Hesab edirəm ki, Türkiyənin Yunanıstanla münasibətlərinin normallaşması üçün beynəlxaq təşkilatılar can atacaqlar.Yunanıstanın Avropa Birliyindən asılı dövlətlərdəndir , öhdəlikləri var, Avropanın rəyini mütləq nəzərə alacaq. Əminəm ki, Almaniya və hətta Fransa hadisələr pik həddə çatarsa müharibənin qarısını almağa çalışacaqlar. 100 il öncə Osmanlı zərurət olmadan dünya müharibəsinə sürüklənib məğlub oldu. İndi eyni ssenarini tərar etmək istəyirlər. Amma indiki Türkiyə qüdrətli bir dövlətdir ,NATO-da ən güclü orduya məxsusdur, yalnız nüvə silahı yoxdur bu amil nəzərə alıacaq. NATO Türkiyə ilə arasındakı çatı böyüdüb, onu Rusiyanın, İranın cəbhəsinə itələmək istəməz.

Türkiyə baş verən təxribatları görməkdədir və ağıllı qərarlar qəbul edəcək”.

Son xəbərlər
Bütün xəbərlər »