Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aviaşirkət Moskva-Bakı istiqamətində uçuşlara başlayır

Rusiyanın "Aeroflot" aviaşirkəti sentyabrın 24-dən etibarən Moskva-Bakı-Moskva istiqamətində uçuşlara başlayır.

“Report”un Heydər Əliyev Beynəlxalq Hava Limanından əldə etdiyi məlumata görə, aviareyslər həftədə iki dəfə - cümə axşamı və bazar günləri həyata keçiriləcək. Təyyarə cümə axşamı səhər saat 7:20-də, bazar günü isə gecə saat 2:50-də Bakıdan qalxacaq.

Bildirilib ki, aviareys ancaq Rusiya vətəndaşları üçün nəzərdə tutulub.

Son xəbərlər
Bütün xəbərlər »