Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Neftçalada qızın qeyri-etik fotolarını çəkərək yayan şəxs həbs edilib

Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində süni ajiotaj yaratmaq məqsədilə ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən Neftçala rayonunda 18 yaşına çatmamış qızın qeyri-etik fotolarını çəkərək yayan şəxsin cinayət məsuliyyətinə cəlb edilməməsi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Bizimyol.info xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Neftçala rayon sakini Aytən Əliyevanın (ad şərtidir) eyni məzmunlu müraciəti üzrə Neftçala rayon prokurorluğunda araşdırma aparılıb.

Aparılmış araşdırmalarla Əyyar Əzizovun qeyd edilən cinayət hadisələrini törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Neftçala rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Prokurorluq və polis əməkdaşlarının həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində Əyyar Əzizov müəyyən edilməklə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Paylaş »
››› Rusiyanın hava yolları xidməti Azərbaycanın vergi xidmətini məhkəməyə verib
››› Düşmən tərəfdən ordumuz haqda maraqlı paylaşım gəldi
››› AVRO-2020: Danimarka – Finlandiya oyunu dayandırılıb
››› Paşinyan: Azərbaycan və Rusiya ilə birlikdə Kəlbəcər-Sotk sərhədindəki problemin yekun həllinə yaxınlaşırıq
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› 15 erməni Ermənistana təhvil verilib
››› Abel Məhərrəmovun restoranının administratoru həbs edilib
Son xəbərlər
Bütün xəbərlər »