Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Narkotacir 1 kiloqram heroinlə saxlanılıb

Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsə qarşı əməliyyat tədbiri həyata keçirilib.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nairliyindən verilən məlumata görə, bölmə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Binəqədi rayonu 6-cı mikrorayon ərazisində keçirdikləri tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Astara rayon sakini Fərqan Əlili saxlanılıb. Şəxsi axtarış zamanı onun əl çantasından ümumi çəkisi 1 kiloqram olan heroin aşkar edilərək götürülüb.

Araşdırma zamanı müəyyən olunub ki, saxlanılan şəxs hələlik adı istintaqa məlum olmayan xarici ölkələrdən birinin vətəndaşının tapşırığı ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçirilən külli miqdarda heroini qəbul edib və satışını təşkil etmək istəyib.

Fərqan Əlili barəsində 7-ci Polis Bölməsində toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Paylaş »
››› Lavrovun səfəri nə vəd edir: Qazaxın 7 kəndi müzakirə olunacaq
››› Azərbaycanlı ictimai fəal Türkiyədə ölü tapılıb: intihar, yoxsa qəsd...
››› Ramin Bayramlı 20-yə yaxın şəxsi işdən çıxardı
››› Ən güclü vaksini yaradan Türk professor pandemiyanın nə vaxt bitəcəyini açıqladı
››› Rüsum adı ilə vətəndaşdan yığılan pullar – Maya dəyərindən qat-qat baha sənədlər
››› "Space" TV-yə yeni rəhbər təyin olunub
››› Tanınmış prodüser və media adamı “Space”-nin yeni rəhbər təyinatını sərt tənqid etdi
Son xəbərlər
Bütün xəbərlər »