Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bill Qeyts koronavirus pandemiyasının nə vaxt bitəcəyini açıqlayıb

ABŞ-ın "Microsoft" korporasiyasının təsisçisi Bill Qeyts koronavirus (COVID-19) epidemiyasının ən yaxşı halda 2022-ci ilin sonunda başa çatacağını bildirib.

"APA-Economics"in məlumatına görə, Bill Qeyts "Fox News" telekanalına müsahibəsində bildirib ki, COVID-19-a qarşı peyvəndin qlobal istifadəsi 2021-ci ilin əvvəlində təsdiqlənərsə, ABŞ-da yayda vəziyyət normallaşmağa başlayacaq.

Milyarder əlavə edib ki, fəaliyyət yalnız 2022-ci ilin əvvəlinə normallaşacaq.

Qeyts qeyd edib ki, virusla bağlı vəziyyəti tez bir zamanda sabitləşdirmək üçün ABŞ digər ölkələrə xəstəliklə mübarizədə kömək etməlidir.

"Epidemiya ən yaxşı halda 2022-ci ildə sona çatacaq. Lakin 2021-ci il ərzində qlobal bir yanaşma olduğu halda göstəriciləri azaltmalıyıq. Allaha şükür ki, peyvəndlərin hazırlanması üçün texnologiyalar artıq mövcud idi, maliyyələşmə həyata keçirildi, şirkətlər isə ən yaxşı mütəxəssislərini ayırdı. Bu səbəbdən nikbinəm, bütün bunlar əbədi deyil", - deyə milyarder qeyd edib.

Son xəbərlər
Bütün xəbərlər »