Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dövlət Agentliyi “CISCO” şirkəti ilə əməkdaşlığı genişləndirir

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “CISCO” şirkətinin Azərbaycan üzrə icraçı direktoru Ramil Eyyubov və biznesin inkişafı üzrə meneceri Fərid Zeynalovla görüşüb.

Ülvi Mehdiyev “CISCO” şirkəti ilə Dövlət Agentliyi arasındakı əməkdaşlığın uğurlu nəticələrini və gələcək perspektivlərini qeyd edib. Görüşdə mövcud əməkdaşlığın daha da genişləndirilməsi barədə razılıq əldə olunub.

Ülvi Mehdiyev COVID-19 pandemiyası dövründə Dövlət Agentliyinin fəaliyyətinə göstərdikləri xüsusi dəstəyə Ramil Eyyubov və Fərid Zeynalova təşəkkürnamələr təqdim edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “CISCO” şirkəti ilə “Azərbaycanın Rəqəmsallaşdırılmasının Sürətləndirilməsi üzrə CDA proqramı” (Country Digital Acceleration) çərçivəsində əməkdaşlıq edir.

Paylaş »
››› ABŞ Rusiyaya qalib gəldi : "Paşinyan Moskvanın vasitəçiliyini qəbul etməyəcək"
››› Oleq Kuznetsov: “Rusya Təhlükəsizlik Şurasının iclası çağırılacaq.., Azərbaycan güc nümayiş etdirəcək”
››› Kuznetsov: “Rusiya mətbuatı ermənilərə satılıb”
››› Türkiyə milli komandasının futbolçuları Bakıda niyə dava salıblar...
››› German Kulikovski: “Ermənistan Qərbə yönələcək, Rusiya Qarabağdan çıxarılacaq”
››› Paşinyan təkbaşına hökumət qurmaq imkanı qazandı
››› “Paşinyan anlayır ki, Rusiya və İran ölkəni faktiki işğal edib”
Son xəbərlər
Bütün xəbərlər »