Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çexiyanın Səhiyyə naziri istefa verib

Çexiyada koronavirusa yoluxanların sayının artması fonunda ölkənin Səhiyyə naziri Adam Voyteç istefa verib.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə nazir jurnalistlərə açıqlamasında bildirib.

“Ciddi düşündükdən sonra Səhiyyə naziri postundan istefa verməklə bağlı qərar verdim”, - deyə A. Voyteç deyib.

O, ölkədə koronavirusun yayılmasına qarşı yeni həll yollarına dəstək vermək üçün belə bir qərar qəbul etdiyini vurğulayıb.

A. Voyteç bu barədə artıq Baş Nazir Andrey Babişə məlumat verib.

Qeyd edək ki, son həftələrdə Çexiyada koronavirusa yoluxanların sayı kəskin artıb.

Son xəbərlər
Bütün xəbərlər »