Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Reanimasiyadakı koronaviruslu xəstələrin sayı artdı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı sentyabrın 20-nə olan statistik göstəriciləri açıqlayıb.

"Qafqazinfo" xəbər verir ki, məlumata əsasən hazırda ölkədə 1 858 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 110 nəfər reanimasiyada, 10 nəfər isə süni tənəffüs cihazındadır. Ötən gün bu rəqəmlər müvafiq olaraq 108 və 8 idi.

Ümumilikdə 39 188 nəfər virusa yoluxub, 36 755 nəfər sağalıb, 575 nəfər vəfat edib.

Bu gün 6 886 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 1 054 792 test aparılıb.

Qeyd edək ki, bu gün 146 koronavirusa yoluxma faktı qeydə alınıb, 154 nəfər sağalıb, 1 nəfər ölüb.

Son xəbərlər
Bütün xəbərlər »