Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda dayı bacısı oğlunu bıçaqlayıb

Sumqayıtda dayı bacısı oğlunu bıçaqlayıb.

APA-nın məlumatına görə, hadisə şəhərin 41-ci məhəlləsində baş verib.

29 yaşlı İsmayıl Həsənovla dayısı 60 yaşlı Xəqani Məmmədov arasında mübahisə düşüb. Tərəflər arasında düşən münaqişə zamanı X. Məmmədov bacısı oğlunu bıçaqlayıb. Bıçaqlanan şəxs xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib və cərrahi əməliyyat olunub.

Hadisəni törədən X.Məmmədov saxlanılıb. İlkin ehtimala görə, hadisə pul üstündə olub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Bütün xəbərlər »