Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Narazılıqla qarşılanan qərar bu gündən qüvvəyə minir

Bu gündən etibarən gömrük limitinin 300 dollara endirilməsi haqqında Nazirlər Kabinetinin 305 saylı qərarı qüvvəyə minir.

"Qafqazinfo" xəbər verir ki, yeni qaydalara görə, fiziki şəxslər tərəfindən ölkəyə rüsumsuz gətirilə bilən malların maksimal məbləği aşağı salınıb. Belə ki, indiyədək vətəndaş ay ərzində şəxsi məqsəd üçün birbaşa özü 1500 dollar məbləğində, elektron ticarətlə - poçt vasitəsilə 1000 dollar məbləğində mal gətirə bilərdi. Yeni dəyişikliyə görə bu rəqəmlər müvafiq olaraq 800 dollar və 300 dollara endirilib. Yəni, vətəndaş artıq intenet üzərindən hansısa xarici mağazadan 300 dollardan baha olan malı alarsa, həmin artıq məbləğ üçün 36 faiz gömrük rüsumu ödəməlidir.

Rəsmi açıqlamaya görə, vətəndaş daşıyıcı şirkətlə razılaşmaqla ay ərzində bir neçə dəfə sifariş etdiyi məhsulu gömrük və ya daşıyıcı şirkətə məxsus anbarda saxlamaqla bir dəfəyə bəyan edib, yaxud gömrük orqanına sadələşdirilmiş bəyannamə təqdim etməklə hissə-hissə bu prosesi həyata keçirə bilər.

Qeyd edək ki, sözügedən qərar sosial şəbəkələrdə müzakirələrə səbəb olub, narazılıqla qarşılanmışdı.

Paylaş »
››› ABŞ Rusiyaya qalib gəldi : "Paşinyan Moskvanın vasitəçiliyini qəbul etməyəcək"
››› Oleq Kuznetsov: “Rusya Təhlükəsizlik Şurasının iclası çağırılacaq.., Azərbaycan güc nümayiş etdirəcək”
››› Kuznetsov: “Rusiya mətbuatı ermənilərə satılıb”
››› Türkiyə milli komandasının futbolçuları Bakıda niyə dava salıblar...
››› German Kulikovski: “Ermənistan Qərbə yönələcək, Rusiya Qarabağdan çıxarılacaq”
››› Paşinyan təkbaşına hökumət qurmaq imkanı qazandı
››› “Paşinyan anlayır ki, Rusiya və İran ölkəni faktiki işğal edib”
Son xəbərlər
Bütün xəbərlər »