Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da iki azərbaycanlı koronavirusdan vəfat etdi

ABŞ-ın Texas ştatının Hyuston şəhərində iki azərbaycanlı koronavirusdan (COVID-19) dünyasını dəyişib.

"Report"un məlumatına görə, bunlar Rusiya vətəndaşları, əslən Azərbaycanın Quba rayonundan olan 1960-cı il təvəllüdlü Rəsulova Ruqiyyə Ramiz qızı və onun qızı Canıyeva Ruslana Tofiq qızıdır.

R.Rəsulova 10 gün əvvəl COVID-19 diaqnozu ilə klinikaya yerləşdirilib və ötən gün dünyasını dəyişib. R.Canıyeva isə iki gün əvvəl özünü pis hiss edib. Onun koronavirus testinin nəticəsi müsbət olub. R.Canıyeva bu gün vəfat edib.

Hər iki azərbaycanlı xüsusi karantin qaydaları ilə Hyustonda dəfn olunacaqlar.

Paylaş »
››› Əsir düşmüş erməni silahlılarından biri din xadimi çıxdı - Video
››› Paşinyanın NATO-ya şok məktubu: Qarabağı verək, əvəzində...
››› İlham Əliyev: "Beş rayonun, demək olar ki, hamısı işğaldan azad edilib"
››› Ermənistanda daxili qarşıdurma başladı: “Onlar türklərin “Bayraktar”ından təhlükəlidir”
››› Hikmət Hacıyev: "“FranckMuller” saatlarının banisi Kəlbəcərdə qanunsuz qızıl axtarışı ilə məşğul olub"
Son xəbərlər
Bütün xəbərlər »