Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əfqanıstan HHQ-nin aviazərbələri nəticəsində 40 "Taliban" üzvü məhv edilib

Əfqanıstanın Hərbi Hava Qüvvələrinin təyyarələri Gündüz əyalətində "Taliban" radikal hərəkatının mövqelərinə zərbələr endiriblər.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, aviazərbələr nəticəsində 40 "Taliban" üzvü məhv edilib.

"Reuters" agentliyinin məlumatına əsasən, aviazərbələr nəticəsində həmçinin 12 dinc sakin həlak olub, 10 nəfər isə yaralanıb.

Əfqanıstanın Müdafiə Nazirliyi dinc sakinlərin həlak olması barədə məlumatı təsdiqləməyib, lakin bununla bağlı araşdırma aparıldığını bildirib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »