Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda bədbəxt hadisə: qırmızı paltar geyinən uşağı öküz vurdu
Mingəçevir şəhərində azyaşlını öküz vurub.

Report xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai küçəsində qeydə alınıb.

Həmin küçədə, bina, 16A, mənzil, 19-da yaşayan 2012-ci il təvəllüdlü Əliyev Məhəmməd Elnur oğlu həyətdə həmyaşıdları ilə oynayarkən iribuynuzlu heyvanın hücumuna məruz qalıb.

Şahidlərin sözlərinə görə, uşağın qırmızı geyimindən qıcıqlanan inək buynuzu ilə körpənin ağzından vurub. Nəticədə buynuz uşağın üst damağını yarıb. Mingəçevir Mərkəzi Xəstəxanasına çatdırılan uşaq, burada ilkin tibbi yardım göstərildikdən sonra təcili Bakıya göndərilib.

Qeyd edək ki, şəhərin bu hissəsində heyvan saxlanılmır. Bəzən Yevlaxın şəhərə yaxın ərazilərindən heyvanlar nəzarətsiz şəkildə Mingəçevir ərazisinə gəlir.

Paylaş »
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Prezident sabah xalqa müraciət edəcək
››› Sentyabrın 27-nə olan hava proqnozu
››› Tərtərdə "Vətən bağı - Şəhidlər parkı"nın təməli qoyulub
Son xəbərlər
Bütün xəbərlər »