Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BMT milyarderlərdən kömək istədi

Birləşmiş Millətlər Təşkilatının (BMT) Dünya Qida Proqramının (WFP) direktoru Devid Bisli milyarderlərə və böyük müəssisələrə müraciət edib.

Bu barədə CNBC telekanalı məlumat yayıb.

BMT rəsmisi 2020-ci ildə dünyada aclıq ilə üzləşən 30 milyon insanın xilas edilməsi üçün yardım istəyib və bunun üçün 4,9 milyard dollara ehtiyac olduğunu söyləyib.

D.Bisli xatırladıb ki, hazırda dünyada 2000-dən çox milyarder var və onların sərvətinin dəyəri səkkiz trilyon dollar təşkil edir.

“Bəziləri pandemiya dövründə milyardlar qazandı. Mən kapitalın böyüməsinə qarşı deyiləm, amma bəşəriyyət hazırda böyük böhranla qarşılaşıb”, - BMT rəsmisi vurğulayıb.(oxu.az)

Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Sərhəddə silahlı insident: iki hərbçimiz şəhid olub
››› Zəngəzurdakı danışıqlara Rüstəm Muradov rəhbərlik edir
››› Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox
››› Qeyts keçmiş həyat yoldaşına milyardlarla dollar təzminat ödədi
Son xəbərlər
Bütün xəbərlər »