Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Keçmiş məhkum narkotiklə yaxalandı

Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə həyata keçirirlər.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin qərb bölgəsində regional şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Gəncə şəhər sakini S.Hüseynzadə saxlanılıb. Axtarış zamanı onda marixuana aşkarlanıb.

Davam etdirilən tədbirlərlə ona narkotik vasitəni satmaqda şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş M.Cəfərov da polis əməkdaşları tərəfindən müəyyənləşdirilib. Onun yaşadığı evə baxış zamanı isə oradan 455 qram marixuana aşkarlanaraq götürülüb.

Faktlarla əlaqədar təhqiqat aparılır.

Paylaş »
››› Tramp Qarabağ haqda danışdı: “Gözləntilərim doğrulmadı”
››› İslam ölkələri Ərdoğanın fransız mallarını boykot çağırışına qoşulur
››› Xalq artistinin qardaşı oğlu şəhid olub - Foto
››› Kanada Türkiyəyə dron motorları satmaqdan imtina edib
››› Paşinyanın arvadı döyüşə gedir
Son xəbərlər
Bütün xəbərlər »