Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cənubi Koreyada rekord sayda marixuana qaçaqmalçılığı qeydə alınıb

Cənubi Koreyanın hüquq-mühafizə orqanları ilin 8 ayında marixuana qaçaqmalçılığı üzrə 246 hal aşkarlayıblar. Bu, ölkə tarixində rekord sayda marixuana qaçaqmalçılığıdır.

Yonhap xəbər verir ki, bu barədə Cənubi Koreyanın gömrük qurumu açıqlama yayıb. Bildirilir ki, qeyd olunan hallar üzrə ümumilikdə, 1,45 milyon ABŞ dolları dəyərində 55 kiloqram marixuana aşkarlanıb. Ötən ilin eyni dövründə 188 hal üzrə builkindən 31 faiz az marixuana aşkarlanaraq götürülmüşdü.

Deputatlar hüquq-mühafizə orqanlarından narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı daha ciddi mübarizə aparılmasını tələb ediblər.

Qeyd edək ki, statistika son 5 ildə Cənubi Koreyada marixuana qaçaqmalçılığının sürətlə artdığını göstərir. Əgər 2016-cı ildə marixuana qaçaqmalçılığı üzrə 94 hal qeydə alınmışdısa, ötən il bu rəqəm 284 olub. Cənubi Koreyada narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə görə beş ildən ömürlük azadlıqdan məhrumetməyədək cəza nəzərdə tutulub.(azərtac)

Son xəbərlər
Bütün xəbərlər »