Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan yeni təyyarələr alacaq
Növbəti illərdə Azərbaycanın mülki aviasiyasının inkişafı istiqamətində bir sıra əhəmiyyətli tədbirlər həyata keçiriləcək.

Trend xəbər verir ki, bu barədə məsələ 2018-ci ilin dövlət büdcəsinin zərfində nəzərdə tutulur.

Milli aviadaşıyıcının səmərəli fəaliyyətinin və gəlirliyin artmasının təmin edilməsi məqsədilə yaradılmış aşağı büdcəli aviaşirkətin uçuş çoğrafiyasının genişləndirilməsi çərçivəsində MDB ölkələrinə, Türkiyə və İrana reyslərin də açılması nəzərdə tutulur.

Bundan başqa, mülki donanmanın maddi-texniki bazasının gücləndirilməsi üçün orta uçuş məsafədə istifadə olunan “Embrayer” təyyarələri alınacaq, mövcud hava gəmilərinin, onların mühərriklərinin əsaslı təmiri və bərpası aparılacaq.

Son xəbərlər
Bütün xəbərlər »