Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Məişət tullantılarının yandırılmasına görə vəzivəli şəxs cərimələnib

Bakıda sanitariya-gigiyena qaydalarını pozan şəxs cərimələnib.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq reydlər keçirilir.

Sentyabrın 18-də paytaxtın Xəzər rayonu ərazisində keçirilən növbəti belə tədbir zamanı Şüvəlan qəsəbəsi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması faktı aşkar edilib.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə qəsəbənin inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini A.Ağabəyov barəsində protokol tərtib edilərək 3.000 manat məbləğində cərimələnib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Paylaş »
››› Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı
››› Cəbhədə son vəziyyət: Ermənilərin itkilər verən “Legion” dəstəsi döyüşməkdən imtina edib
››› Fransız jurnalist Tərtər sığınacaqlarından yazıb - Foto
››› “New York Times”: “Erməni əsgərlərin cəsədləri həftələrlə ortada qalır, iy verir”
››› “WarGonzo” Qarabağdan qaçdı
Son xəbərlər
Bütün xəbərlər »