Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İcarəyə götürdüyü avtomobilin səsboğucusunu oğurlayıb satan tutulub - Video

Paytaxtın Nizami rayonunda yaşayan Bakı şəhər sakini olan bir nəfərin idarə etdiyi “Toyota Prado” markalı avtomobilin dəyəri 2 000 manat olan səsboğucu sistemi (katalizator) naməlum şəxs tərəfindən oğurlanıb.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, zərərçəkən şəxs bu barədə ərazi üzrə Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Şöbəsinə (PŞ) məlumat verib.

Şöbə əməkdaşları tərəfindən dərhal hadisə nəzarətə götürülüb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, nəqliyyat vasitəsinin səsboğucu sistemi Binəqədi rayon sakini, əvvəllər məhkum olunmuş Talıb Ağalarov tərəfindən oğurlanıb.

Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən saxlanılan həmin şəxs ifadəsində törətdiyi hadisəni etiraf edib və oğurladığı səsboğucu sistemi Sumqayıt şəhərində 300 manata satdığını bildirib.

Araşdırma zamanı Talıb Ağalarovun icarəyə götürdüyü daha bir “Toyota Prado” markalı avtomobilin də eyni üsulla səsboğucu sistemini oğurladığı məlum olub.

Qeyd edək ki, saxlanılan şəxsin paytaxt ərazisində, eləcə də digər şəhər və rayonlarda da başqa nəqliyyat vasitələrinin səsboğucu sistemlərini oğurladığı istisna olunmur. Onun idarə etdiyi nəqliyyat vasitəsindən səsboğucu sistemləri kəsib əldə etmək üçün istifadə etdiyi xüsusi alətlərin aşkar edilməsi bu fikiri irəli sürməyə əsas verir.

Bu səbəbdən Talıb Ağalarovun ətrafında əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsi üçün onun barəsində 24-cü PŞ-də toplanan materiallar Nizami RPİ-nin İstintaq şöbəsinə göndərilib.

Qeyd olunan xüsusatlarla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər
Bütün xəbərlər »