Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Evdən və avtomobildən oğurluq edənlər saxlanılıb

Bakıda evdən və avtomobildən oğurluq edilib.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi (RPİ) 43-cü Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 18-nə keçən gecə Goradil bağlar sahəsindəki evlərin birindən 4 495 manat dəyərində elektrik naqili və 2 ədəd su mühərriki oğurlamaqda şübhəli bilinən Saatlı rayon sakini Ş.Əhmədov saxlanılıb.

Bundan başqa, Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində avtomobillərin birindən 2 000 manat, mobil telefon və videoqeydiyyat qurğusu oğurlamaqda şübhəli bilinən Neftçala rayon sakini Ə.Babayev və Ağstafa rayon sakini, əvvəllər məhkum olunmuş E.Məmmədov saxlanılıb.

Faktla bağlı araşdırmalar aparılır.

Son xəbərlər
Bütün xəbərlər »