Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp Rusiyanı məlumat oğurluğunda günahlandırdı

ABŞ Prezidenti Donald Tramp Rusiyanın öz hipersəs silahını ABŞ-dan məlumatları oğurlayaraq yaratdığını deyib.

“İnterfax” xəbər verir ki, onun sözlərinə görə, bu hadisə Barak Obamanın rəhbərlik etdiyi dövrdə baş verib.

ABŞ lideri qeyd edib ki, indi onların daha güclü raketi var.

O, həmin raketi “ən güclü silah” adlandırıb:

“Bu həqiqətdir. Bizim o qədər müasir silahlarımız var ki, Çin, Rusiya başçıları və başqaları bizə həsəd aparırlar”.

“Onlar həmin silahların tam nədən ibarət olduğunu anlamasalar da, bunun daha əvvəl eşitmədikləri bir şey olduğunu bilirlər”, - deyə o yekunlaşdırıb.

Son xəbərlər
Bütün xəbərlər »