Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əmisinin evində narkotik yetişdirən şəxs saxlanılıb

Samux Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, sentyabr ayının 16-da Samux RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini Taryel Bayramov əmisinə məxsus rayonun Nəbiağalı kəndində yerləşən fərdi yaşayış evində narkotik xassəli çətənə - Kannabis bitkilərinə qulluq edən zaman saxlanılıb. Polis əməkdaşları tərəfindən həyətyanı sahədən 14 ədəd ümumi çəkisi 95 kq 900 qram olan narkotik xassəli çətənə kolu və 1 kq 250 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub. Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını özü şəxsi istifadə məqsədi ilə becərdiyini bildirib.

Son xəbərlər
Bütün xəbərlər »