Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Heç yerə uçmuruq" marşrutu üzrə təyyarə biletləri 10 dəqiqəyə satılıb qurtardı

Qlobal böhrandan ən ağır zərbəni bəlkə də hava yolları şirkətləri alıb. Ölkələrin quru və hava sərhədlərini bağlaması uçuşları minimuma endirib.

Amma Avstraliyanın Qantas hava yolları şirkəti vəziyyətdən orijinal çıxış yolu tapıb. Şirkət "Heç yerə uçmuruq" marşrutu üzrə biletləri satışa çıxarıb. Maraqlıdır ki, bütün biletlər 10 dəqiqə ərzində onlayn qaydada satılıb qurtarıb.

Marşrut "Heç yerə uçmuruq" adlansa da, əslində sərnişinlər təyyarəyə minir və havaya qalxır. Sadəcə, təyyarə gün ərzində ünvansız uçuşdan sonra elə həmin gün havaya qalxdığı limana da eniş edir.

Qantas hava yolları Qantas hava yolları

Yəni bu uçuş hansısa ünvana çatmaq üçün deyil, eləcə gəzinti üçündür. Başqa şəhər və ya ölkəyə getmək istəməyən, amma təyyarəyə minmək istəyən insanlar layihəyə maraq göstəriblər. Təyyarə gəzintisi zamanı Avstraliyanın gözəl mənzərələrinə də səmadan tamaşa etmək imkanı yaranır.

"Qantas tarixində bu, biletlərin ən sürətli satışıdır",- deyə şirkətin icraçı direktoru Alan Coys CNN kanalına açıqlamasında bildirib.

Qantas şirkətinin "ünvansız uçuşları" üçün biletlərin qiyməti seçdiyiniz xidmətdən asılı olaraq 325-1500 funt-sterlinq (təxminən 714-3294 manat) aralığında dəyişir.

Ehtimal olunur ki, qlobal böhran dövründə belə uçuşlar populyarlıq qacanacaq və hətta böhrandan sonra da biznes növü olaraq qalacaq.

Son xəbərlər
Bütün xəbərlər »