Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şamaxıda arvadını bıçaqlayan şəxs həbs olunub

Sentyabrın 16-da Şamaxı rayonu ərazisində rayon sakini Xanım Teymurovaya çoxsaylı bıçaq xəsarətlərinin yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bizimyol.info xəbər verir ki, Şamaxı rayon Prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri Elton Hüseynovun ailə-məişət münasibətləri zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Xanım Teymurovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şamaxı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Elton Hüseynov təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Paylaş »
››› COVİD pasportu ilə bağlı anlaşılmazlıq: Xəstəliyi evdə keçirənlər bunu necə sübut etsin...
››› Kuznetsov: “Rusiya mətbuatı ermənilərə satılıb”
››› Türkiyə milli komandasının futbolçuları Bakıda niyə dava salıblar...
››› Kamil Zeynallı: “Hikmət Hacıyev mənə yaxınlaşıb, dedi ki...”
››› Azərbaycanlıların evlərini zəbt edənlər Ermənistanda qaçqın statusu ala bilmir
››› İki adam üçün bir gecəsi 199 manat... – Azərbaycanda turizm tragikomediyası
››› Nazirlik anomal istilərlə bağlı xəbərdarlıq edib
Son xəbərlər
Bütün xəbərlər »