Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Boris Conson: Böyük Britaniya koronavirusun ikinci dalğasını yaşayır

Böyük Britaniyanın Baş Naziri Boris Conson ölkəsinin koronavirusun ikinci dalğasını yaşadığını açıqlayıb. O, ikinci dalğanın qaçılmaz olduğunu, ölkədə daha sərt karantin tədbirlərinin həyata keçirilməsini istəmədiyini və bunun son çarə olduğunu bildirib.

Baş Nazir deyib: “Məktəblərin yenidən normal fəaliyyət göstərməsi yaxşı haldır. İqtisadiyyatımızı mümkün qədər açıq saxlamaq istəyirik. Ancaq bunun üçün xalqımızın qanunlara tabe olması lazımdır”.

Üçmərhələli məhdudlaşdırmanın tətbiq olunduğu ölkədə, birinci mərhələ insanlar arasında sosial məsafə qaydalarının qorunmasıdır.

İkinci mərhələni ev görüşlərinə, restoran, kafe və barlara qoyulan məhdudiyyətlər təşkil edir.

Üçüncü mərhələdə isə sərt karantin rejiminin tətbiqi nəzərdə tutulub.

Xatırladaq ki, Böyük Britaniyada 381 min 614 nəfər bu virusa yoluxub, 41 min 705 nəfər isə həyatını itirib.(azərtac)

Paylaş »
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› Əcnəbi bloggerin ermənilərin işğalı zamanındakı Ağdamdan paylaşımı - Video
››› Avtomobillə azyaşlını vuraraq öldürən ifaçı saxlanıldı
››› “Lavrovun Bakı səfərində bu məsələ aktual olacaq” - Bir neçə diversantın azad olunması reallaşa bilər
Son xəbərlər
Bütün xəbərlər »