Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ağsuda ev, Yevlaxda inzibati bina yanıb

Azərbaycanın iki rayonunda yanğın hadisəsi qeydə alınıb.

Bizimyol.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Ağsu rayonunun Maşadqanlı kəndində ümumi sahəsi 35 m² olan birmərtəbəli evin 2 otağının və dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə yanıb.

Evin qalan hissəsi və bitişik digər ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Daha bir yanğın hadisəsi  Yevlax rayonunun Aşağı Salamabad kəndində baş verib.

Belə ki, ümumi sahəsi 800 m² olan birmərtəbəli inzibati binanın (bir hissəsi fəaliyyət göstərmir, yararsızdır) fəaliyyət göstərməyən hissəsində tavan 65 m² sahədə və döşəmə 1 m² sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Son xəbərlər
Bütün xəbərlər »