Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya bir sıra ölkələrlə uçuşları bərpa edir

Rusiya sentyabrın 21-dən etibarən Belarus, Qazaxıstan və Qırğızıstanla beynəlxalq uçuşları bərpa edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiyanın koronavirusla mübarizə üzrə Operativ Qərargahının məlumatında deyilir:

“İclasın nəticələrinə əsasən, sentyabrın 21-dən etibarən Qazaxıstan (Nur-Sultan şəhəri), Qırğızıstan (Bişkek) və Belarusla (Minsk) qarşılıqlı uçuşlar bərpa ediləcək. Reyslər həftədə bir dəfə həyata keçiriləcək”.

Bununla yanaşı Rusiya sentyabrın 27-dən etibarən Cənubi Koreya ilə də (Seul şəhəri) uçuşları bərpa edəcək. Cənubi Koreya pandemiya səbəbindən sərhədləri bağlamasa da, bu addımı Rusiya və digər ölkələr atmışdı. Seulla da aviareyslər həftədə bir dəfə həyata keçiriləcək.

Paylaş »
››› Gəncənin keçmiş icra başçısının nümayəndəsi: “Elmar Vəliyev heç nə bilmir, heç özünü tanımır...”
››› Ermənilər Paşinyanı sosial şəbəkə səhifəsində “yıxıb-sürüyür”
››› Qarabağda qızıldan milyardlar qazanan Rusiya şirkəti təşvişə düşüb
››› Ərdoğanın maaşı nə qədər olacaq...
››› Azərbaycanlılar Paşinyana nə yazır... - Foto
Son xəbərlər
Bütün xəbərlər »