Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tofiq Yaqublunun azadlıqda ilk fotoları

Xəbər verdiyimiz kimi Bakı Apelyasiya Məhkəməsi Tofiq Yaqublu barədə həbs qətimkan tədbirini dəyişdirib. Məhkəmə Tofiq Yaqublunun ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin edib.

Bizimyol.info xəbər verir ki, müalicə aldığı xəstəxanada T.Yaqublu ilə görüşən qızı Nigar Həzi və vəkili Aqil Lahıc onunla çəkdirdikləri şəkilləri paylaşıblar.

Bir müddətdən sonra müalicə aldığı xəstəxananı tərk edən T.Yaqublu vəfat edin qızı Nərgiz Yaqublunun məzarını ziyarət etməyə gedib.

Qeyd edək ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Şikayət həmin hökmdən verilib.

İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və onun yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib.

Son xəbərlər
Bütün xəbərlər »