Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri diplomatik nümayəndəliklərlə görüşlərini davam etdirir

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması müxtəlif ölkələrin Azərbaycandakı diplomatik nümayəndəlikləri ilə görüşlərini davam etdirir.

Ermənistanın Azərbaycana qarşı daha da intensivləşmiş aqressiv siyasəti ilə regionda gərginləşən vəziyyətlə əlaqədar Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması müxtəlif ölkələrin Azərbaycandakı diplomatik nümayəndəlikləri ilə məlumatlandırıcı görüşlərini davam etdirir.

2020-ci il sentyabrın 16-17-də icma Xorvatiya səfiri cənab Branko Zebiç, Çexiya səfiri cənab Milan Ekert, Macarıstan səfiri cənab Viktor Szederkenyi və Latviya səfiri cənab Dainis Qarançs ilə görüşlər keçirib.

Görüşlər zamanı icma Ermənistanın təcavüz siyasəti, işğal etdiyi ərazilərimizdə qanunsuz fəaliyyəti, təbii resurslarımızın istismarı, müharibə cinayəti hesab edilən məskunlaşma siyasəti, su resurslarından təmas xəttinə yaxın ərazilərdə yaşayan əhalimizə qarşı ekoloji terror vasitəsi kimi istifadə etməsi kimi məsələləri xüsusi olaraq vurğulayıb.

İcma təcavüzkar Ermənistanın torpaqlarımızın işğalına son qoyması və qaçqın və məcburi köçkün əhalimizin öz doğma yurd-yuvasına qayıtması üçün beynəlxalq təşkilatların Ermənistana təzyiq göstərməsinin vacibliyini bildirib.

Son xəbərlər
Bütün xəbərlər »