Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tofiq Yaqublu ev dustaqlığına buraxıldı

Bakı Apelyasiya Məhkəməsi Tofiq Yaqublu barədə həbs qətimkan tədbirini dəyişdirib.

Bizimyol.info xəbər verir ki,  bu gün Bakı Apelyasiya Məhkəməsində Müsavat Partiyasının üzvü T.Yaqublunun barəsindəki hökmdən verilən şikayətə baxılıb.

Məhkəmə Tofiq Yaqublunun ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin edib.

Növbəti məhkəmə prosesi sentyabrın 28-nə təyin edilib.

Təqsirləndirilən şəxsin vəkili Elçin Sadıqov jurnalistlərə açıqlamasında bildirib ki, T.Yaqublunun səhhəti nə vaxt imkan versə xəstəxanadan evə buraxılacaq.

Son xəbərlər
Bütün xəbərlər »