Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
61 yaşlı qadını öldürən 9 il sonra tutuldu

Məlumat verildiyi kimi, prokurorluq orqanlarının fəaliyyətinin əsas prioritet istiqamətlərdən biri, ötən illərdən gizli və qeyri-aşkar şəraitdə törədilməklə bağlı qalmış cinayətlərin istintaq edilərək açılmasını təmin etməklə təqsirkar şəxslərin ifşa olunaraq cinayət məsuliyyətinə cəlb olunmasıdır.

Bizimyol.info xəbər verir ki, bu barədə Zaqatala rayon prokurorluğu məlumat verib.

Bildirilir ki, aparılmış məqsədyönlü tədbirlər nəticəsində Zaqatala rayon sakini, 1950-ci il təvəllüdlü Əyyubova Seyran Şakir qızının 24.02.2011-ci il tarixdə yaşadığı evdə üzərində xəsarətlər olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə istintaq olunan cinayət işinin 9 il sonra açılması təmin edilib.

Peşəkar prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş kompleks istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri ilə mərhum Seyran Əyubovanın yaşadığı evdə günlük kirayədə yaşayan İsmayılov Polad Şəmsəddin oğlunun 24 fevral 2011-ci il tarixdə şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Seyran Əyyubovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Polad İsmayılov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilmiş, hadisə yerinə baxış keçirilmiş, maddi sübutlar götürülmüş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Paylaş »
››› Zəngəzur gündəmi: “Azərbaycanlılar kiçik qruplarla irəliləyir, onların dayandırılması üçün əmr yoxdur”
››› Müharibə yoxsa sülh... - Qaragöldə nə baş verir?
››› Rusiyaya dost olmayan dövlətlərin siyahısı açıqlanıb
››› "Naxçıvan ordusu Zəngəzur dəhlizini bir günün içində açmağa qadirdir"
››› Sərhəddə nə baş verir və ya Qaragöl Ermənistanın əlinə necə keçmişdi...
››› Fransızların Qarabağ mövqeyi: “Makron burada mafiya ilə bacarmır, amma azərbaycanlılara dərs keçmək istəyir”
››› Rusiya daha 5 ölkə ilə uçuşları bərpa edəcək
Son xəbərlər
Bütün xəbərlər »