Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gömrük Komitəsi “Xəzər Dəniz Gəmiçiliyi”ni cərimələdi

Bakı Apelyasiya Məhkəməsində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin 1 500 manat inzibati cərimə edilməsi barədə qərardan şikayətinə baxılıb.

Hakim Əli Seyfəliyevin sədrlik etdiyi iclasda qərar elan edilib.

Qərara əsasən, şikayət təmin edilməyib.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin tərtib etdiyi protokola əsasən, Səbail Rayon Məhkəməsi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-ni İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsi ilə təqsirli bilib.(report)

Son xəbərlər
Bütün xəbərlər »