Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qaz idarəsinin müdiri bizi təhqir edib kabinetdən qovdu"

"Bizim Yol" ölkə vətəndaşlarının şikayət və problemlərinin işıqlandırılmasını davam etdirir. Bu gün daha bir şikayəti oxuculara və müvafiq qurumlara təqdim edirik.

“Mən Şəmkir sakini Məlahət Cəfərovayam. Mart ayından bu yana, nə yoldaşım, nə özüm işləmirik. Qaz idarəsi gətirib bizə xarab sayğac quraşdırmışdı. O da geriyə doğru öz-özünə yazırmış. Biz ailədə ikicə nəfərik, o qədər qaz işlətməmişik. Gəlib qazımızı kəsiblər. Qapımızda dayanan işçilər olan borcumuzu hesablayıb dedi. Qonşudan borc alıb getdik ödəməyə.

İdarənin təzə müdiri borcumuzu işçilərinin dediyindən də ikiqat artıq hesablayıb, üstəlik, bizi təhqir edib otaqdan qovdu. Dedik cənab Prezident deyib pandemiya dövründə vətəndaşı məmurlar incitməsin. Təzə müdir bizə “Gedin kimə istəyirsiniz şikayət edin” cavabını verdi, təhqirə davam etdi. İşlətmədiyim halda boynuma yüklənən 240 manat qaz “borcumun” aradan qaldırılmasına kömək göstərməyinizi xahiş edirəm. Qaz idarəsinin rəisi bizi saymır, bəlkə özündən böyükləri sayar”.

Ceyhun Səfərli Ceyhun Səfərli

Problemin həlli ilə bağlı “Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərliyə müraciət etdik. Ceyhun Səfərli problemin mütləq şəkildə araşdırılacağını, idarə rəisinin vətəndaşa kobud davranışı təsdiqini taparsa, bunun cəzasız qalmayacağını, qaz sayğacının lazım gələrsə, dəyişdiriləcəyini bildirdi.

Məsələni diqqətdə saxlayacağıq.

Paylaş »
››› ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama
››› Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar
››› Ter-Nakalyan: Ordumuz taqətdən düşüb, Azərbaycana gücümüz çatmayacaq
››› Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı
››› Bayraktar yeni dronları sınaqdan keçirdi - Foto
Son xəbərlər
Bütün xəbərlər »