Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Amerikada erməni mərkəzində yanğın olub

ABŞ-ın San-Fransisko şəhərində yerləşən Erməni Mədəniyyət Mərkəzində yanğın olub.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, şəhərdəki erməni kilsəsi hadisənin qəsdən törədildiyini iddia edir.

Erməni kilsəsinin ofisi də mərkəzlə eyni binada yerləşib. Məlumata görə, yanğın nəticəsində binaya ciddi ziyan dəyib.

Hadisəni kimin törətdiyi məlum deyil.

Yanğınla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »