Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Elçin Alıoğlu Qarabağda PKK terrorçularının yerləşdirilməsi iddiasından danışdı

PKK və ASALA xüsusi təyinatlıları Qarabağda Azərbaycan üzərinə yeni bir hücuma hazırlaşırlar Livan ermənilərinin ardınca PKK terror təşkilatının "xüsusi təyinatlıları" işğal altındakı Dağlıq Qarabağda yerləşdirilib.

Türk nəşrinin məlumatında deyilir ki, Ermənistan ordusu ilə PKK ASALA arasında belə bir əməkdaşlıq Fransanın vasitəçiliyi ilə qurulub. Ermənistan hərbçiləri PKK ilə Fransanın nəzarəti və vasitəçiliyi ilə danışıqlar aparır Artiq Azərbaycanın işğal olunmuş ərazilərində, o cümlədən Kəlbəcər Laçın Mirovdağın Kəlbəcərə doğru ətəklərində , PKK və ASALA terror təşkilatının təlim düşərgələri var. Alınan bilgilərə görə PKK və ASALA Dağlıq Qarabağda qış döyüşləri üçün hazırlıq görür.

Mövzuyla bağlı tanınmış jurnalist Elçin Alıoğlunun mövqeyini öyrənmək istədik. Elçin Alıoğlu Bizimyol. infoya bildirdi ki, Fransa hökuməti terrorçu birləşmələri rəsmən olmasa da, qeyri rəsmi şəkildə dəstəkləyə bilər. Mövzu barədə geniş danışan tanınmış jurnalist regionda baş verən hadisələr fonunda yayılan xəbərləri şərh etdi:

Elçin Alıoğlu Elçin Alıoğlu

“Fransa Suriyanın şimalında yerli kürdlərin Rojava adlandırdığı bölgədə 9 dayaq məntəqəsinə malikdir. Fransızlar bunu böyük şövqlə baza adlandırsalar da, həmin məntəqələrdə təxminən 25-30 nəfərlik hərbçi qrupları var. Onlar Fransanın əcnəbi legionunun döyüşçüləridirlər. Fransanın Suriyada geniş miqyaslı hərbi əməliyyatlar aparmağa maddi resursları yoxdur. Fransa Suriyada PKK-nın Suriya qolu olan PYD/YPG'nin birləşmələrinə yardım edir və kürd terrorçuların bütün əməllərinə göz yumur. Fransanın köməyi ilə Dağlıq Qarabağda PKK və ASALA terrorçularının yerləşdirilməsi xəbəri mənə inandırıcı görünmədi. Fransanın bunun üçün imkanı və marağı yoxdur. Bu işlə erməni diaspor təşkilatları və ayrı-ayrı maraqlı təşkilatlar məşğuldurlar. Hansı işdən söhbət gedir? Məhv olmuş və rəsmən fəaliyyət göstərməyən ASALA (Hayastani Azatagrut'yan Hay Gaghtni Banak - Ermənistanın Azadlığı Uğrunda Gizli Təşkilat) terror təşkilatı əsasən Livanın 3 şəhərində fəaliyyət göstərir. Hazırda Livan erməni ailələrinin işğal altında olan Qarabağa köçürülməsi ilə məşğuldir. Livanda 14 dənə mikromaliyyələşdirmə fondu yaradılıb. Bu fondlar erməni diasporu mənsubları arasından ianə adıyla vergi yığırlar, ermənilər buna ailə vergisi deyirlər, həmin pullarla köçü təmin edirlər. ASALA həmin maliyyələşdirmənin müqabilində nə alacaq? Qarabağdakı terrorçu xuntadan özünə təlim zonaları almağı tələb edir və bu faktdır. PKK-ya gəldikcə isə onların Dağlıq Qarabağda bazalarının olması barədə iddialar çoxdan səsləndirilir. Lakin mənim əlimdə bunu sübut edən görüntülər, faktlar, koordinatlar yoxdur. Ona görə, əminliklə bunu deyə bilmərəm ki, orda baza varmı, varsa neçə dənədir.

Məsələnin digər tərəfi də var. Fransa ATƏT-in Minsk qrupunun üzvüdür, bununla belə Ermənistanı aşkar şəkildə dəstəkləyir. Həm siyasi, həm də texniki baxımdan. Fransanın Aralıq dənizində kəşf edilmiş qaz yataqları ilə bağlı Türkiyə ilə münasibətləri həddən artıq gərginləşib. Fransa bu ayın sonuna qədər Türkiyəyə qarşı sanksiyalar tətbiq edilməsini tələb edir. İki ölkənin Liviya və Suriyada maraqları çox pis şəkildə toqquşub. Fransa marşal Xəlifə Həftarı dəstəkləyir, Türkiyə Tripolidəki Liviya Parlamentini və Nümayəndələr Məclisini dəstəkləyir.Eyni situasiya Suriyada da mövcuddur. Suriyada İdlibdə Türkiyə müxalifətçiləri dəstəkləyir, Fransa tam əksinə silahlı qruplaşmaları dəstəkləyir.Qətiyyən şübhə etmirəm ki, Fransanın Türkiyəyə qarşı bu düşməın münasibəti Dağlıq Qarabağ prossesinə də inikas olacaq.Dağlıq Qarabağ münaqişəsində Türkiyə Azərbaycana dost, müttəfiq yox, qardaş ölkə mövqeyi sərgilədi. Azərbaycan Aralıq dənizində Türkiyəni birmənalı şəkildə dəstəklədiyini bəyan etdi, bu mesaj həm də Avropa Birliyinə verildi, Türkiyə isə Azərbaycanı Dağlıq Qarabağ probleminin həllinin hansı yolla aparılmasından asılı olmayaraq, hər bir halda dəstəkləyəcəyini bildirdi.Türkiyənin Cənubi Qafqazdakı geosiyasi təsir rıçaqlarını zəiflətmək üçün Fransa Ermənistanı dəstəkləyir. Bu isə Qarabağdakı terrorçu xuntanın qeyri-rəsmi dəstəklənməsi deməkdir.Bu özünü necə göstərir? Avropa Parlamenti, AŞPA və digər Avropa strukturlarının Fransadan olan deputatları sürəkli olaraq Dağlıq Qarabağa səfərlər edirlər. Onlar gözəl bilirlər ki, bu səfərlər qeyri-qanunidir, bu səfərlər təhrikedicidir, təxribat xarkateri daşıyır.

Dünyada ABŞ-dan sonra ən güclü erməni diasporu Ermənistandadır. Və bu diasporun adı altında Ermənistana maliyyə yardımı göstərilir.O ki, qaldı qışda hərbi əməliyyatların başlamasını demək. Bu da təxribatdır. Bəli, düşmən hər an hərbi əməliyyatlara başlaya bilər. O fürsət gözləyir. Müharibə hər an başlaya bilər, bunun əksinə də təminat verə bilməz. Lakin “oktyabrda, noyabrda, dekabrda müharibə olacaq” demək peşəkarlıqdan uzaqdır. Rəsmi Fransanın Livandan erməni ailələrini və ya terrorçuları gətirib Qarabağda yerləşdirməsini söyləmək absurddur. Çünki, kommunikasiyalar, informasiya texnologiyaları dövründə nəyisə gizlətmək mümkünsüzdür. Qısası, rəsmi şəkildə dəstəkləmir, amma qeyri-rəsmi şəkildə dəstəkləyib, dəstəkləyir və dəstəkləyəcək.

Fransa eyni zamanda Cənubi Qafqazda oyunçu kimi yerini bərkitmək istəyir. Unutmayaq ki, Cənubi Qafqazda bir çox politoloqların israr etdiyi kimi, yalnız ABŞ və Rusiya maraqlı deyil. Burda İran, Türkiyə, hərbi ekspertlərimizin israrla görmək istəmədikləri Çin var. Çin bütün prossesləri total kontrolda saxlayır. Çin 2019-cu il 14 martda Çin tarixində ilk dəfə olaraq ölkənin heç bir siyasətə qarışmamaq doktrinasını dəyişdi. Çin dövlət və iqtisadi maraqlarının hər yerdə iştirak edəcəyinə dair sensasion bir bəyanat verdi. Çin indi Afrikada, Avstraliya və Yeni Zelandiyada, Latın Amerikasında, Mərkəzi Amerikada özünə geosiyasi dayaq nöqtələri müəyyənləşdirməkdə suçlanır. Postsovet ölkələri arasında Rusiya və Qazaxıstandan sonra Azərbaycan Çin üçün ən maraqlı ölkədir. Nə üçün? “Bir yol, bir kəmər” layihəsində Azərbaycan müstəsna nəqliyyat habı rolunu oynayır və şəqrdən gələn məhsullar Avropa bazarına Azərbaycandan çıxarılır. Bu anlamda Azərbaycan Çin üçün Avropya yeni qapı, yeni Honkonq yeni Tayvan rolunu oynayır. Buna görə bizim nümayəndə heyətimiz Çində yüksək səviyyədə qarşılanır və Çin bütün beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini birmənalı şəkildə müdafiə edir. Hətta, Çin Azərbaycanla hərbi texniki əməkdaşlıqda da maraqlı olduğunu bildirib. Hansı ki, indiyəcən yalnız iki ölkəyə bunu təklif edib.Bunlar Pakistan və Koreya idi.Çin XİN dəfələrlə bizim ərazi bütövlüyümüzü tanıdığını və münaqişənin Azərbaycanın ərazi bütövlüyünün qorunması yolu ilə həllinə tərəfədar olduğunu bəyan edib.O bildirib ki, münaqişənin həlli üçün üçüncü bir dövlətin aşkar və kobud münaqişəsi yolverilməzdir. Bu o deməkdir ki,nə Avropa Birliyi nə ABŞ Qarabağ münaqişəsinin nizamlanmasında əsas güc rolunu oynamasınlar və Azərbaycana total təsir etməsinlər. Çinin marağı budur.

Azərbaycanın maraqlı və çətin geosiyasi mövqeyi bizi həm qərb həm şərq üçün maraqlı hədəfə çevirirmi?

Avropa heç bir dövltə heç nəyi havayı vermir.Bizim insan potensialımız və geosiyasi mövqeyimiz baxımdan Türkiyə istisna olmaqla bütün regional dövlətlərin hədəfində, marağındadır. Kobud desək,ələ keçirməyə can atırlar. ABŞ, AB və Rusiya Azərbycanda hegemon rol oynamağa çalışırlar. Bu da normaldır. Amma, bu dövlətlərin Azərbaycanı marionet dövlətə çevirmək cəhdi həmişə uğursuz olub. Rəsmi Bakı həmişə birmənalı şəkildə bəyan edib ki, milli maraqlarımıza zidd olan hansısa addımı qəbul etməyəcək. Bizi maraqlandırmır ki, hansısa beynəlxalq təşkilat və ya struktur haqqımızda kəskin nəsə desin. Desin, özü bilər. Bizi maraqlandıran özümüzük, öz maraqlarımızdır.Biz şovinist fəaliyyət göstərmirik. Biz Dağlıq Qarabağda müharibə aparmırıq. Dağlıq Qarabağda terror fəaliyyəti göstərən Azərbaycan vətəndaşı olan qüvvələrlə antiterror əməliyyatları aparırıq. Biz qarabağlı ermənilərlə yox, Ermənistan ordusuyla vuruşuruq. Bizi öz həlqəsinə keçirmək istəyən qüvvələr olub və olacaq, bizim müstəqil siyasətimiz əlbəttə çoxlarının xoşuna gəlmir. BMT-dən sonra ikinci nüfuzlu təşkilat olan Qoşulmama Hərəkatının sədri Azərbaycandır. Diqqətlə düşünəndə Azərbaycanın dünya ölkələri üçün önəminin biz düşündüyümüzdən də artıq olduğunu görmək olur”,- deyə ekspert qeyd edib.

İlhamə Rəsulova

Paylaş »
››› Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı
››› Cəbhədə son vəziyyət: Ermənilərin itkilər verən “Legion” dəstəsi döyüşməkdən imtina edib
››› “New York Times”: “Erməni əsgərlərin cəsədləri həftələrlə ortada qalır, iy verir”
››› Fransız jurnalist Tərtər sığınacaqlarından yazıb - Foto
››› “WarGonzo” Qarabağdan qaçdı
Son xəbərlər
Bütün xəbərlər »